"Əvvəlki raundda əldə edilən razılaşmalara əsaslanaraq, İran ən qısa müddətdə ədalətli razılığa gəlmək niyyəti ilə Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək".
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.
Əraqçi bildirib ki, "Bizim fundamental inanclarımız bəllidir: İran heç bir halda nüvə silahı istehsal etməyəcək və biz, iranlılar, xalqımız üçün dinc nüvə texnologiyasının faydalarından istifadə etmək hüququmuzdan heç vaxt imtina etməyəcəyik. Razılaşma əldə edilə bilər, amma yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə. Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə müdafiə etmək üçün heç nədən çəkinməyəcəyik. Biz də eyni cəsarətlə danışıqlar masasına gəlirik və istənilən fikir ayrılıqlarının sülh yolu ilə həllini axtaracağıq".