25 fevral 2026 12:13
126

Zidan Hünbətov erməni, Malik Həsənov italyan rəqibinə qalib gəlib

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri davam edir. “İki sahil” xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə təsadüf edəcək.

Malik Həsənov (65 kq) turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.