Bu gün Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır və böyük nəticələr göz önündədir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli addımlar atıb və torpaqlarını azad edib:
"Bütün dünya gördü ki, sülh prosesində də tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə, bugünkü ildönümü önəmlidir. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir".
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident