Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletali ilə görüşüb.
“İki sahil” xəbər verir ki, tərəflər Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında konstruktiv əməkdaşlığı qeyd edib və birgə praktik addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.
Görüş zamanı həmçinin iki ölkə arasında sağlamlıq mərkəzləri və sanatoriya-kurort müalicəsi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident