Azərbaycan xalqına qarşı qanlı cinayətlərdə iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Xocalı işində tarixi ədalətin zəfəri gələcəkdə analoji vəhşiliklərin qarşısının alınmasının açarıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Ankarada yerləşən Türk Dünyası Parlamentarilər Birliyi təşkilatının Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib. Dünyanın hər yerindən keçmiş parlamentariləri birləşdirən təşkilat erməni təcavüzkarlarının Xocalıda törətdiyi vəhşilikləri insanlığa qarşı cinayət və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.
Türk Dünyası Parlamentarilər Birliyi Xocalıdakı qırğınlar kimi cinayətlərin iddia müddətinin olmadığını vurğulayıb. “Azərbaycanın yüzlərlə mülki vətəndaşına qarşı vəhşiliklərdə iştirak edən hər kəs cəzalandırılmalıdır. Xocalı unudulmayacaq!” - deyə təşkilatın baş katibi, 21-ci çağırış Türkiyə parlamentinin üzvü Nail Çələbinin imzaladığı bəyanatda bildirilir.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident