2025-ci il Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi üçün sistemli islahatlar və institusional inkişaf ili olub. İl ərzində açıq məkanda reklam daşıyıcılarının inventarlaşdırılması, reklam mühitinin vahid standartlar əsasında tənzimlənməsi və qanunvericiliyin tələblərinə cavab verməyən açıq məkandakı reklamların mərhələli şəkildə aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Bu fikirləri ADRA-nın mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə özəl müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu tədbirlər nəticəsində şəhər mühitinin estetik görünüşü yaxşılaşdırılıb, sağlam rəqabət mühiti formalaşıb.
Yaqut Ağaşahqızı, “İki sahil”