Bu gün Xocalı soyqırımından 34 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərində misli görünməmiş qəddarlıqla törətdiyi bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.
“İki sahil” xəbər verir ki, Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə olan Xocalı soyqırımı nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olan 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 487 insan yaralanıb, 1275 insan əsir götürülüb.
Lakin Xocalı soyqırımı şəhidlərinin qisası alınıb, onların qanı yerdə qalmayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm Zəfər əldə edib, doğma torpaqlarımız Ermənistanın işğalından azad edilib.
Habelə 2023-cü il sentyabrın 19-20-də Ordumuzun lokal xarakterli antiterror əməliyyatı ilə Xocalı şəhəri də separatçılardan təmizlənib. Azadlığına qovuşmuş digər doğma yurdlarımız kimi, Xocalı da bu gün böyük quruculuq işlərinin məkanıdır. Doğma ocaqlarından uzun illər ayrı düşmüş sakinlər artıq öz doğma yurdlarına qayıdırlar.
Bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Milli Məclis Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT ÜNVANLAYIB
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
Nazir Ermənistan liderinin WUF13-ə dəvət edilib-edilməyəcəyinə münasibət bildirib