UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyununda (2:3) zədələnən “Qarabağ”ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra kolumbiyalı oyunçunun vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Futbolçu komanda ilə məşqlərə başlayacaq.