27 fevral 2026 19:29
121

Azərbaycanın iki boksçusu “Strandja”da yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib. Azərbaycan millisinin 2 idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.  

“İki sahil” xəbər verir ki, 50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçumuz böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.

Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 29:27) hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Strandja”da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.