28 fevral 2026 00:26
119

Tramp İranla hərbi müdaxiləsiz razılığa gəlmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın güc tətbiqi olmadan əldə olunmasının tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Əgər biz hərbi müdaxilə etməsək, daha yaxşı olardı, amma bəzən buna məcbur qalırıq", - Ağ Ev rəhbəri deyib.

O, ABŞ-nin hazırda dünyanın ən güclü ordusuna sahib olduğunu bildirib.