Almaniyanın Xarici İşlər Nazirliyi təcili şəkildə vətəndaşlarına İsrailə səfər etməməyi tövsiyə edib. Qərar ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı təhdidlərin regionda genişmiqyaslı gərginlik riski yaratdığı bir vaxta təsadüf edir.
“İki sahil” RFI radiosuna istinadla xəbər verir ki, nazirliyin yenilənmiş səyahət xəbərdarlığında belə səfərlərdən çəkinmək tövsiyə olunur. Eyni zamanda, ABŞ Qüdsdəki səfirliyinin zəruri olmayan əməkdaşlarına İsraili tərk etməyi məsləhət görüb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də təhlükəsizlik riskləri səbəbilə Tel-Əvivdə yerləşən səfirliyinin bəzi diplomatik əməkdaşlarını və onların ailə üzvlərini ölkə daxilində başqa yerə müvəqqəti köçürdüyünü açıqlayıb. Səfirlik fəaliyyətini normal qaydada davam etdirir.
Rəsmi London artıq İsrailə və Fələstin ərazilərinə bütün zəruri olmayan səfərləri tövsiyə etmir.