28 fevral 2026 01:01
106

Milanda tramvay qəzası: 2 nəfər ölüb, 40-a yaxın yaralı var

İtaliyanın Milan şəhərində tramvayın relsdən çıxması nəticəsində iki nəfər ölüb, 40 nəfər yaralanıb.

“İki sahil” İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, qəza şəhərin mərkəzində yerləşən Vittorio Veneto küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən tramvay binaya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.