Bu gün səhər saatlarında İranın Tehran, İsfahan, Kirmanşah, Qum, Kərəc şəhərlərində partlayış səsləri eşidilib.
“İki sahil” İranın “Fars” agentliyinin məlumatına istinadla xəbər verir ki, Tehranın “Cumhuriyyət” xiyabanına və “Səadətəbad” sarayı yaxınlığına bomba düşüb.
İran mətbuatı bildirir ki, bu şəhərlərdə strateji hərbi obyektlər yerləşir.
İsrailin müdafiə naziri İsrael Kaç “Channel 12” kanalında çıxış edərək, İrana qarşı zərbələr endirildiyini deyib.
“Tasnim” agentliyi isə bildirib ki, İsrailə qarşı raket zərbələri endirilir.
Kallas: İran rejiminin ballistik raket və nüvə proqramları qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır
Almaniya hökuməti İsrailin İrana hərbi hücumları barədə əvvəlcədən məlumatlandırılıb