01 mart 2026 13:47
123

Oman sahillərində neft tankerinə hücum edilib

Oman sahillərində neft tankerinə hücum edilib, 4 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Oman Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Palau bayrağı altında fəaliyyət göstərən “Skylight” tanker beş dəniz mili məsafədə Musandam yaxınlığında hücuma məruz qalıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Bildirilib ki, tankerin 20 nəfərlik heyəti təxliyə edilib.