Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda keçirilən təlim-məşq toplanışını başa vurublar.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi may ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.