Yaxın Şərqdəki döyüşlər Afrika və digər həssas bölgələrin ticarət və ərzaq təchizatını təhdid edir.
“İki sahil” yazır ki, bu barədə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) bəyanatında bildirilib.
Sənəddə deyilir: "Hərbi əməliyyatların intensivləşməsi Yaxın Şərqdə qeyri-sabitliyi daha da artıracaq, qlobal sülh və təhlükəsizlik, eləcə də qlobal enerji bazarları, ticarət və ərzaq təchizatı zəncirləri, xüsusən də Afrika və digər həssas bölgələr üçün ağır nəticələrə səbəb olacaq. "ECOWAS bütün tərəfləri maksimum təmkin göstərməyə və BMT Nizamnaməsinə və beynəlxalq hüquqa, xüsusən də suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə uyğun hərəkət etməyə çağırır. Mülki insanların həyatının və vacib infrastrukturun qorunması bütün tərəflər üçün əsas prioritet hesab edilməlidir."
Təşkilat gərginliyi azaltmaq və sabitliyi təmin etmək üçün diplomatik səylərə və dialoqa qayıtmağı müdafiə edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”