01 mart 2026 21:54
131

Türkiyənin Daxili İşlər Nazirliyi böhran vəziyyətlərinə hazırdır

Türkiyənin Daxili İşlər Nazirliyində bazar günü İranla dövlət sərhədinin təhlükəsizliyi məsələlərinə dair müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçinin sədrliyi ilə aparılan müzakirədə iştirakçılar regionda vəziyyətin gərginləşməsinin mümkün nəticələrini nəzərdən keçiriblər.

Bununla əlaqədar İranla dövlət sərhədi bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlikdən bildirilib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə əlavə tədbirlər, böhran vəziyyətlərinə qarşı fəaliyyət ssenariləri, qurumlararası koordinasiyanın möhkəmləndirilməsi və yerlərdəki strukturların potensialının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müşavirədə, digər şəxslərlə yanaşı, İğdır, Hakkari, Ağrı və Vanın qubernatorları da iştirak ediblər.