01 mart 2026 23:20
112

Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə dəstəyini ifadə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə baş nazir sosial media hesabında məlumat verib.

O bildirib ki, regionda baş verən son hadisələr fonunda BƏƏ Prezidenti ilə fikir mübadiləsi aparıb, həmrəyliyini ifadə edib və davamlı sülhün bərqərar olunacağına ümid etdiyini vurğulayıb.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında xüsusi dostluq münasibətləri mövcuddur və rəsmi Tbilisi bu əlaqələri yüksək qiymətləndirir.

Baş nazir həmçinin iki ölkə arasında güclü və inkişaf edən tərəfdaşlığın bir daha təsdiqləndiyini diqqətə çatdırıb.