02 mart 2026 00:12
113

BƏƏ Tehrandakı səfirliyini bağlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyi bağlayıb və səfiri geri çağırıb.

“İki sahil” xəbər verir ki, nazirliyin dərc olunmuş açıqlamasında deyilir: "Birləşmiş Ərəb Əmirlikləri Tehrandakı səfirliyini bağlandığını və İrandakı səfirin, eləcə də diplomatik nümayəndəliyin bütün üzvlərinin geri çağırıldığını elan edir".

Nazirlik bu qərarın İranın BƏƏ ərazisinə endirdiyi zərbələrdən qaynaqlandığını bildirib.