Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.
Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər
YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir