2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.
Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər
YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir