03 mart 2026 00:50
107

Almaniya hökuməti Yaxın Şərqdə qalan vətəndaşlarını təxliyə etməyə hazırlaşır

Almaniya hökuməti Yaxın Şərqdə qalan vətəndaşlarını təxliyə etməyə hazırlaşır.

“İki sahil” “Zeit” nəşrinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful məlumat verib.

Nazir bölgəyə bir neçə təyyarənin göndəriləcəyini və orada qalmış alman vətəndaşların ölkəyə qaytarılacağını açıqlayıb. Təyyarələrin Omanın Maskat şəhərinə və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada göndərilməsi planlaşdırılır.

Y.Vadeful bu barədə “Lufthansa” şirkətinin baş direktoru ilə danışdığını və aviaşirkətin bunun üçün kifayət qədər imkanlarının olduğunu qeyd edib. O, Almaniya hökumətinin bu barədə Alman Səyahət Assosiasiyası ilə də müzakirələr apardığını bildirib.

Alman turizm təşkilatçılarının məlumatına görə, təxminən 30 min alman turist Körfəz regionunda qalıb. Almaniyada pilotların həmkarlar ittifaqı təşkilatı (Kokpit İttifaqı) da vəziyyətə reaksiya verərək bu həftə mümkün tətil planlarını ləğv edib. Həmkarlar ittifaqının bəyanatında mövcud vəziyyətin aviaşirkətlər, ekipajlar və sərnişinlər üçün ciddi çağırışlar yaratdığı qeyd olunub.