03 mart 2026 01:06
102

Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək

Hazırda xaricdə olan və ölkəyə qayıtmaq istəyən Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı məlumatında bildirilib.

Açıqlamada qeyd olunub ki, bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən səyahətlərdə fasilələr yaranıb. Nəticədə vaxtında geri qayıtması mümkün olmayan Gürcüstan vətəndaşları üçün hökumətin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək.

Uçuşlar Maskat – Tbilisi (3-5mart) və Ər-Riyad – Tbilisi marşrutu üzrə (4 mart) yerinə yetiriləcək.