03 mart 2026 23:37
96

Rusiyanın itkiləri açıqlandı - 1468-ci gün

Ukrayna müharibənin 1468-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 268 520 hərbçi, 11 718 ədəd tank, 24 131 ədəd zirehli döyüş maşını, 37 842 ədəd artilleriya sistemi, 1 665 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 319 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 80 992 ədəd avtomobil texnikası, 154 698 ədəd PUA, 4 384 qanadlı raket, 30 gəmi/kater, 2 sualtı qayıq, 4 076 xüsusi avadanlıq itirib.