04 mart 2026 15:33
118

Səbinə Salmanovaya QDİƏT-də vəzifə verilib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini seçilib.

Bu barədə "İki sahil"ə Milli Məclisinin deputatı Səbinə Salmanova özü məlumat verib.

Belə ki, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən iclasında deputat Səbinə Salmanovanın qurumun yuxarıda adı qeyd edilən komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Toplantıda iştirak edən QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin üzvü olan ölkələrin parlamentariləri Azərbaycan nümayəndəsinin namizədliyini dəstəkləyərək onu komitənin sədr müavini vəzifəsinə seçiblər.