04 mart 2026 17:41
91

ABŞ ordusu İrana qarşı əməliyyatları davam etdirmək üçün bütün zəruri resurslara malikdir

ABŞ-nin müharibə naziri Pit Heqset İrana zərbələrin "yeni dalğalar"ını anons edib.

“İki sahil” xəbər verir ki,  o bunu brifinq zamanı bəyan edib.

P.Heqset əlavə edib ki, Tehran indiki şəraitdə ABŞ və İsrail Silahlı Qüvvələrinin İrana qarşı əməliyyatına koordinasiyalı cavab vermək iqtidarında deyil.

Onun sözlərinə görə, ABŞ ordusu İrana qarşı əməliyyatları davam etdirmək üçün bütün zəruri resurslara malikdir.