04 mart 2026 16:01
108

İspaniya təəccüblənib: Mertsdən nə əcəb....

İspaniya hökuməti Almaniya kansleri Mertsin  ABŞ prezidenti Donald Trampın Madridə yönəlmiş sərt bəyanatlarından sonra susqun qalmasına təəccüb etdiyini bildirib.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri José Manuel Albares açıqlama verib.

Albares daha əvvəl qeyd etmişdi ki, ABŞ İrana qarşı əməliyyata başlamazdan öncə öz müttəfiqlərindən heç birini məlumatlandırmayıb. Onun fikrincə, bu cür addımlar transatlantik tərəfdaşlıq ruhuna uyğun deyil.

Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, ABŞ İspaniyanın icazəsi olmadan ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə edə bilər. O, həmçinin Vaşinqtonun Madridlə ticarəti dayandıra biləcəyini də söyləmişdi.

Sonradan İspaniya hakimiyyəti ABŞ-ı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Beləliklə, yaranmış vəziyyət Vaşinqton ilə Madrid arasında diplomatik gərginliyin artdığını, eyni zamanda Avropa İttifaqı daxilində həmrəylik məsələsinin gündəmə gəldiyini göstərir.