Bu gün Böyük Britaniyada üç nəfər Çinin xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.
“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, saxlanılanlardan birinin Leyboristlər Partiyasından deputat Coani Reydin həyat yoldaşı Devid Teylor olduğu bildirilir.
Coani Reyd məsələ ilə bağlı açıqlamasında bildirib ki, o, həyat yoldaşının biznes fəaliyyətində iştirak etmir və nə özü, nə də uşaqları bu istintaqın bir hissəsi deyil. “Mən heç vaxt həyat yoldaşımın hər hansı qanunu pozduğunu düşünməyə əsas verən bir şey görməmişəm. Media qurumlarının bizi istintaqın iştirakçıları kimi təqdim etməməsini gözləyirəm. Hər şeydən əvvəl isə uşaqlarımın şəxsi həyatına hörmət göstərilməsini istəyirəm”, – deyə o vurğulayıb.