İspaniya başqa bir ölkənin “vassalı olmayacaq”.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın Baş nazirinin müavini Mariya Xesus Montero çərşənbə günü ABŞ Prezidenti Donald Trampın İrana ABŞ–İsrail hücumlarına münasibətinə görə Madridlə ticarətin azaldılması ilə bağlı təhdidlərinə cavab olaraq bildirib.
“Reuters” agentliyinin yazdığına görə, Donald Tramp Tehrana hücum üçün İspaniyanın cənubunda yerləşən və birgə istismar olunan dəniz və hava bazalarından Amerika təyyarələrinin istifadəsinə icazə verilmədiyinə görə Madridə qarşı ticarət embarqosu tətbiq etməyi təklif edib. İspaniya ABŞ və İsrailin İrana qarşı bombardmanlarını pisləyərək onları ehtiyatsız və qanunsuz adlandırıb. Digər Avropa ölkələrinin əksəriyyəti isə bu hücumları birbaşa tənqid etməkdən çəkinib.
“Biz, şübhəsiz ki, heç kimin vassalı olmaq niyyətində deyilik, heç bir təhdidə dözməyəcəyik və dəyərlərimizi müdafiə edəcəyik”, – deyə Montero jurnalistlərə bildirib.