Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin gələcək fəaliyyətinin əsas istiqamətlərindən biri rəqəmsal transformasiyanın genişləndirilməsidir. Bu proses yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də nəzarət və tənzimləmə mexanizmlərinin daha sistemli və səmərəli şəkildə yenidən qurulmasını nəzərdə tutur.
Bu fikirləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “İki sahil”in suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, bu istiqamətdə əsas addımlardan biri vahid rəqəmsal sistemin yaradılmasıdır. Elektron resept sistemi, dərman vasitələrinin təqib və izləmə sistemi, lisenziyalaşdırma, qeydiyyat, idxal və farmakonəzarət platformalarının bir-biri ilə inteqrasiyası vahid məlumat bazasının formalaşmasına imkan verir. Elektron audit və rəqəmsal monitorinq mexanizmləri vasitəsilə stok və satış məlumatlarının avtomatik müqayisəsi aparılır, uyğunsuzluqlar operativ şəkildə aşkar edilir və risk səviyyəsinə uyğun prioritetləşdirilir. Beləliklə, rəqəmsallaşma səhiyyə sistemində nəzarətin daha şəffaf, ölçülə bilən və effektiv modelə keçməsinə şərait yaradır. Bu yanaşma resurslardan səmərəli istifadəni təmin etməklə yanaşı, dərman dövriyyəsində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Yaqut Ağaşahqızı, “İki sahil”
AEM: Dərmanların təqib sistemi ilə saxta və qeyri-qanuni məhsulların qarşısı alınır
Aptek və özəl tibb müəssisələrində pozuntuların qarşısı hüquqi tədbirlərlə alınır - ÖZƏL
Vüqar Rəhimzadə: İrandakı molla rejimi növbəti dəfə riyakarlığını, nankorluğunu nümayiş etdirdi