09 mart 2026 00:01
292

Livan XİN başçısı: Hizbullah Livanı özünə mənsub olmayan müharibəyə sürüklədi

"Hizbullah bir daha Livanın maraqlarını nəzərə almadı və xarici gündəmlərə xidmət etdi. İranı müdafiə etmək adı altında hərəkət edən Hizbullah Livanı özünə mənsub olmayan bir müharibəyə sürüklədi. Hökumət və xalq onun hərəkətlərinə görə məsuliyyət daşımır."

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bunu Ərəb Liqası Xarici İşlər Nazirlərinin fövqəladə iclasında çıxış edən Livan xarici işlər naziri Yusif Racji deyib.

Bildirilir ki, XİN başçısı iclasda onlayn iştirak edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”