Tehran sakinləri Ekspertlər Şurası tərəfindən seçilmiş İranın yeni ali lideri Ayətullah Müctəba Xameneiyə sədaqət andı içiblər. Mərasim mərkəzi İnqilab meydanında keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Ekspertlər Şurasının üzvləri, alimlər və ölkə elitasının nümayəndələri İslam İnqilabının üçüncü liderinə sədaqət andı içiblər və bu dəstəyi milli və siyasi borc adlandırıblar" , - deyə agentlik bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu da daha əvvəl ölkənin yeni liderinə sədaqət andı içib.
Qeyd edək ki, İranda ali rəhbər vəzifəyə başlayarkən and içmir. Əksinə, onun seçilməsindən sonra ordu, dövlət institutları və dini strukturların nümayəndələri ona sədaqət andı içirlər .