Almaniya Kansleri Fridrix Merts bildirib ki, Yaxın Şərqdə münaqişənin eskalasiyasının səbəb olduğu enerji daşıyıcılarının qiymətlərinin artması ciddi narahatlıq doğurur.
“İki sahil” "Al-Jazeera"ya istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında çıxışı zamanı bildirib.
"Biz enerji daşıyıcılarının qiymətlərinin artmasından narahatıq. Biz başa düşürük ki, bu, potensial olaraq Almaniya iqtisadiyyatına təsir göstərə bilər", - o deyib.