Misli Premyer Liqasının XXIII turunda bu gün daha 2 oyun keçiriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk qarşılaşmasında avrokuboklara iddialı olan "Zirə" autsayderlər sırasından qurtulmağa çalışan "Kəpəz"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Ardınca isə son turlar yüksəlişdə olan "Neftçi" "Palms Sports Arena"da "Turan Tovuz"u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək. "Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.
Misli Premyer Liqası
XXIII tur
9 mart
18:30. "Zirə" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:30. "Neftçi" – "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Palms Sports Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı məğlub edib.