09 mart 2026 10:08
127

Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb. 

“İki sahil” xəbər verir ki, mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.  Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (-66 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) gümüş, Ömər Rəcəbli (-81 kq) isə bürünc medala yiyələnmişdi. 

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.