09 mart 2026 09:45
147

Bu gün güləş üzrə U-23 Avropa çempionatı start götürür

Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

“İki sahil” xəbər verir ki, çempionatın ilk günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq. Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70), Səbuhi Əmiraslanov (79) və Zəfər Əliyev (97 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.