Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar. Bu çərçivədə, qarşı tərəf İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilmiş dron hücumu barədə məlumatlandırılıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.
Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO