09 mart 2026 23:47
97

Putin Trampla telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Putin və Tramp arasında son iki aydan artıq müddətdə baş tutan ilk telefon danışığıdır. Həmçinin bu, ABŞ və İsrailin İrana hücumundan sonra tərəflər arasında qeydə alınan ilk məlum təmasdır.