Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Belə ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib.
Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.
Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.
Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir.
FHN əhalini Yel çərşənbəsində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib - FOTO
Azərbaycan İdman Akademiyası ilə Malayziya universiteti arasında memorandum imzalanıb