10 mart 2026 14:22
110

Yunus Oğuz növbəti kitabını başa çatdırıb

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz  Qara  Yusif  haqqında  yazdığı  iki  kitabın  birincisini- "Qara Yusif və Əmir Teymur" kitabını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif  barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb.

Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: "İki türkməndən biri Qaraqoyunlu, biri  Ağqoyunlu, ikisi də eyni Azərbaycan  tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir". Onu da qeyd edək ki, ikinci   kitab  "Qara Yusif və Teymurilər" adlanacaq. 

Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap edilib.