10 mart 2026 20:35
144

Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

“İki sahil” xəbər verir ki, üçüncü Qədr gecəsi martın 12-si, sonuncusu isə 16-da olacaq.

Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.