13 mart 2026 11:11
141

Aİ Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar zamanı geniş tərkibdə görüşü reallaşıb. Görüşdə etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi  kimi 10 Avropa ölkəsinə qaz ixrac etməsi xüsusi vuğulanıb. Təbii  ki, Rusiya- Ukrayna müharibəsinin yaratdığı qlobad çətinliklərə rəğmən Azərbaycanın Avropanı qışın şaxtalı günlərində yanacaqla təchiz etməsi həmin  ölkələr üçün həyati önəm daşıyırdı. Məhz bu səbəbdəndir ki,  Avropa həmişə ölkəmizi özünün etibarlı qaz təminatçısı kimi  qəbul edir.

Liderlərin görüşündə Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin (TRIPP layihəsi) önəmi  xüsusi vurğulanıb. Sözügedən dəhlizin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakı da mümkün hesab edilib. Məlumdur ki, Aİ bu yolun tezliklə istifadəyə verilməsinə yardım etsə Azərbaycanın loqistika və tranzit xətti daha da genişlənər ki, nətigədə də  bundan hamı dividend qazanar.

Qədim İpək yolunun alternativ hesab edilən  «Tramp marşrutu» Avropanı Orta Asiya və qitədəki digər ölkələrin ticari münasibətlərini və qarşılıqlı əməkdaşlığını genişləndirəcək.  ABŞ Prezidenti Donald Trampbu barədə bildirib ki, həmin yoldan istifadə edən ölkələrin təhlükəsizliyinə zəmanət veriləcəkdir.

Bəli, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri bir daha təsdiq edir ki, Avropa İttifaqı  ölkəmizlə münasibətlərin inkişafında, iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Həmçinin  Azərbaycan dövləti  də öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Məlumdur ki, hazırda  ölkəmiz Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış etməklə bərabər, həm də önəmli  geostrateji üstünlüklərə sahibdir. Məhz indi də Avropa ilə qarşılıqlı əməkdaşlıq siyasi və iqtisadi hədəflərə çatmaq üçün real vasitədir.

Təbii ki, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır. Prezident İlham Əliyevin mətbuata bəyanatında  vurğuladığı kimi, Aİ Şurası Prezidentinin Azərbaycana səfəri indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsinin hər zaman enerji əməkdaşlığı olduğunu söyləyərək vurğulayıb: «Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır».

A. Koşta çıxışında Azərbaycanın Avropa İttifaqının əsas tərəfdaşı olduğunu bildirib: «Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir.» O, həmçinin Prezident İlham Əliyevə xitabən deyib ki, Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir.

Hər iki lider ölkəmizin regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Eləcə də, Avropa İttifaqı «Qlobal Qapı» çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar «Qlobal Qapı» təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri