Ukrayna müharibənin 1481-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 279 930 hərbçi, 11 781 ədəd tank, 24 215 ədəd zirehli döyüş maşını, 38 457 ədəd artilleriya sistemi, 1 687 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 333 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 349 ədəd helikopter, 83 624 ədəd avtomobil texnikası, 181 153 ədəd PUA, 4 468 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 091 xüsusi avadanlıq itirib.