ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran təkcə nüvə silahını inkişaf etdirməyə deyil, həm də istifadə etməyə çalışır.
“İki sahil” xəbər verir ki, o, bunu Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Amerika liderinin sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri olmasaydı, Tehran bir ay ərzində nüvə silahı əldə edə bilərdi.
"Bu bombardmanları istinad nöqtəsi kimi götürsək, bir ay ərzində nüvə silahına sahib olardılar. Bunu əvvəlcə İsrailə, sonra isə Yaxın Şərqə tətbiq edərdilər", - Tramp deyib.
O, ABŞ-nin 22 iyun 2025-ci ildə İranın İsfahan, Natanza və Fordodakı nüvə obyektlərinə vurduğu zərbələri xatırladıb. Trampın fikrincə, bu əməliyyatlar olmasaydı, Tehran Yaxın Şərqi partlatmağa hazır olardı. "Onlar sonra bizim dalımızca gələcəkdilər", - ABŞ Prezidenti deyib.
Bununla yanaşı, İran hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkə nüvə silahı yaratmağa çalışmır.