"Samsung Electronics" şirkəti Cənubi Koreyada qatlanan "Galaxy Z TriFold" smartfonunun satışını dayandırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap"a agentliyi xəbər verir.
Məlumata görə, sonuncu partiya mağazalara 17 martda çatdırılıb və bundan sonra Koreya Respublikasında satışlar dayandırılacaq. Lakin qalan cihazlar hələ də ABŞ və Çin də daxil olmaqla bəzi ölkələrdə satışa çıxarılacaq.
"Galaxy Z TriFold" Cənubi Koreyada 12 dekabr 2025-ci ildə satışa çıxarılıb. Bu, "Samsung Electronics"in ilk üçqatlı smartfonudur. Qiyməti təxminən 2400 dollardır.
Mütəxəssislər hesab edirlər ki, satışların dayandırılması, xüsusən də yaddaş çiplərinin artan qiymətləri nəzərə alınmaqla, cihazın istehsalının yüksək qiyməti ilə əlaqəli ola bilər.