17 mart 2026 10:28
106

İran XİN: Hörmüz boğazındakı təhlükəsizlik problemlərinə görə məsuliyyət daşımırıq

Hörmüz boğazında təhlükəsizliyin olmaması İranın hərəkətlərindən deyil, Yaxın Şərqdəki ümumi gərginlikdən qaynaqlanır.

“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

"Bütün regiona tətbiq edilən qeyri-sabitlik təəssüf ki, Hörmüz boğazına qədər uzanır. Bu, İranın günahı deyil. Biz açıq şəkildə bildirdik ki, beynəlxalq hüquqa əsasən, düşmən ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır", - deyə o qeyd edib.

Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin də boğazdan keçməsinə icazə verilməyəcək.