17 mart 2026 10:34
103

Əbu-Dabidə raket qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

Pakistan vətəndaşı Əbu-Dabinin Bəni-Yas rayonunda Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə əmirliyin mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Əbu-Dabinin səlahiyyətli xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının Bəni-Yas rayonuna düşməsi nəticəsində baş verən hadisəyə reaksiya verib", - məlumatda qeyd olunur.