İsrailin Negev səhrasındakı qədim Nessana ərazisində aparılan qazıntılar zamanı 1400 illik kilsənin qalıqları aşkarlanıb.
“İki sahil” İsrail TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Negev Ben Qurion Universitetinin tədqiqatçıları tərəfindən Nitzana Milli Parkında aparılan araşdırmalar bu ərazinin vaxtilə xristian zəvvarlar üçün mühüm mərkəz olduğunu göstərir. Məlumata görə, kilsədən günümüzə çatan əsas miras zəngin naxışlarla bəzədilmiş mozaika döşəmədir. Qazıntılar zamanı, həmçinin hospis və hamam kompleksi də aşkar edilib.
Qeyd edilib ki, yaşayış məntəqəsi Bizans dövründə Sinay istiqamətində uzanan ziyarət marşrutunun əsas nöqtələrindən biri olub.