17 mart 2026 23:57
115

Rusiyanın itkiləri açıqlandı - 1482-ci gün

Ukrayna müharibənin 1482-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 280 860 hərbçi, 11 783 ədəd tank, 24 218 ədəd zirehli döyüş maşını, 38 477 ədəd artilleriya sistemi, 1 688 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 333 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 349 ədəd helikopter, 83 744 ədəd avtomobil texnikası, 183 144 ədəd PUA, 4 468 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 091 xüsusi avadanlıq itirib.