18 mart 2026 00:43
101

Patriarx II İlyanın ölüm səbəbi açıqlanıb

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya ağciyər, böyrək və ürək çatışmazlığı nəticəsində vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze bildirib.

Onun sözlərinə görə, müvafiq yoxlanışlar aparıldıqdan sonra patriarx çoxsaylı orqan çatışmazlığından əziyyət çəkməyə başlayıb ki, bu da özünü ağciyər, böyrək və ürək çatışmazlığında göstərib:

"Bədənin qan təzyiqini saxlaya bilməməsinin səbəbi də bu idi. Bu, gözlənilməz, eyni zamanda gözlənilən idi, çünki belə bir qeyri-sabit vəziyyətdə istənilən vaxt belə bir nəticə baş verə bilərdi".